Görüşün əvvəlində polislərlə azarkeşlər arasında insident yaşanıb. Nəticədə, 2 azarkeş xəsarət alıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları azarkeşləri dəyənəklər vasitəsilə sakitləşdirməyə çalışıblar.

Argentina milli komandası DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə qrup mərhələsinin VI turunda Braziliyanı məğlub edib (1:0). Matc.az xəbər verir ki, görüşün əvvəlində polislərlə azarkeşlər arasında insident yaşanıb.
 
Nəticədə, 2 azarkeş xəsarət alıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları azarkeşləri dəyənəklər vasitəsilə sakitləşdirməyə çalışıblar. Yaralananlar xəstəxanaya yerləşdirilib. Onlardan biri kəllə-beyin travması alıb.
 
Xatırladaq ki, "Marakana" stadionunda keçirilən qarşılaşma təyin olunan vaxtdan 27 dəqiqə gec başlayıb. Görüş Argentinanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Yarışın turnir cədvəlində Argentina 15 xalla birinci, Braziliya isə 7 xalla altıncı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest