22 Noyabr 2023, 13:54
FUTBOL
“Tottenhem” Premyer Liqada xalların silinməsi sanksiyasına məruz qala bilər. Matc.az xəbər verir ki, London klubunun transfer fəaliyyəti ilə bağlı araşdırma aparılıb.
Cermeyn Defonun 2008-ci ildə “Portsmut”dan keçidi zamanı pozuntu aşkarlanıb. “Tottenhem” transferi reallaşdırarkən agentlik fəaliyyətini həyata keçirmək üçün lisenziyası olmayan menecer Mitçel Tomasın xidmətinə müraciət edib. Klubun rəhbəri Daniel Levi isə lisenziyası olan Styuart Petersin adından yararlanıb.
Levi 7,5 milyon funt-sterlinqlik transferdəki roluna görə Petersə təxminən 1 milyon funt-sterlinq ödəməyə razılıq verib. Klub indi transfer qadağası, xalların silinməsi cəzası ilə üzləşə və ya aşağı liqaya düşə bilər.
Qeyd edək ki, daha əvvəl 2008-ci ildə eyni qayda pozuntusuna görə “Lyuton Toun”un 10 xalı silinib.