Azərbaycan millisinin baş məşqçi postundan ayrılan Canni de Byazi "Tuttomercato" nəşrinə açıqlama verib. Matc.az xəbər verir ki, o, nəticə baxımından qeyri-adi işlərlə maksimuma çatdıqlarını bildirib:
 
"Hər şeyin başlanğıcı olduğu kimi, sonu da var. Kifayət qədər gənc, gələcəyi ola biləcək komanda ilə vidalaşıram. Azərbaycan FİFA reytinqində 120-ci yerdə olan komandadır. Amma istənilən halda, İsveç kimi yüksək reytinqli yığmanı 3:0 hesabı ilə məğlub etməyi bacardıq".
 
De Byazi işləməyə davam etmək istədiyini deyib: "Müqəddəs atəş hələ sönməyib. Hazırda Milad bayramının keçməsini gözləyirik. 2024-cü ildə təklif olsa, dəyərləndirməyə hazıram”.
 
Xatırladaq ki, De Byazi bu gün Azərbaycan millisi ilə vidalaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest