22 Noyabr 2023, 15:33
FUTBOL
Cari mövsüm Avropanın TOP-5 liqalarında ən çox qol vuran hücum cütlüklərinin adları açıqlanıb. Matc.az xəbər verir ki, siyahıda Fransa çempionatında mübarizə aparan futbolçuların adına rast gəlinməyib.
Almaniya Bundesliqasından isə iki klubun - "Bayern" və "Ştutqart"ın siyahıda yer alması diqqət çəkib:
1. "Bayern", Almaniya: Harri Keyn (21) + Leroy Sane (9) = 30;
2. "Mançester Siti", İngiltərə: Erlinq Haland (17) + Xulian Alvares (7) = 24;
3. "Atletiko", İspaniya: Alvaro Morata (12) + Antuan Qrizmann (12) = 24;
4. "Ştutqart", Almaniya: Serhu Quressi + Deniz Undav (6) = 22;
5. "İnter", İtaliya: Lautaro Martines (14) + Hakan Çalhanoğlu (6) = 20.