22 Noyabr 2023, 18:20
FUTBOL
Rio-de-Janeyroda Braziliya və Argentina milliləri arasında keçirilən DÇ-2026-nın seçmə mərhələsinin oyunu qalmaqallı olub.
Matc.az xəbər verir ki, azarkeşlərlə polis arasında kütləvi toqquşma səbəbindən oyun planlaşdırılan vaxtdan yarım saat gec başlayıb. Argentinanın kapitanı Lionel Messi tribunalardakı səs-küyün səngiməsi üçün komandanı soyunub-geyinmə otağına aparıb. Meydana qayıtdıqdan sonra Messi braziliyalı hücumçu Rodriqo ilə mübahisə edib. Rodriqo Argentina yığmasını qorxaqlıqda ittiham edib. Buna cavab olaraq Messi Rodriqonun boynundan tutaraq deyib: “Biz dünya çempionuyuq. Nə qorxaq deyirsən bizə? Dilinizə diqqət edin”.
Qeyd edək ki, görüş Argentinanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.