22 Noyabr 2023, 18:34
FUTBOL
"Lill"in və Kanada millisinin hücumçusu Conatan David karyerasını A Seriyasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Forvardla "Milan" maraqlanır. Futbolçu "Lill"lə 2025-ci ilə qədər olan müqaviləni yeniləməmək qərarına gəlib.
Qeyd edək ki, Liqa 1-in cari mövsümündə David 12 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.