“Zirə”nin futbolçusu İssa Cibriela Niger millisində növbəti oyununa çıxıb. Matc.az xəbər verir ki, onun komandası DÇ-2026-nın seçmə mərhələsində Zambiya ilə qarşılaşmada iştirak edib.
 
Qarşılaşma Nigerin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində meydana çıxan 27 yaşlı hücumameyilli oyunçu 74-cü dəqiqədə əvəzlənib. O, komandasının 2-ci qolunun məhsuldar ötürməsini verib.
 
Qeyd edək ki, Niger iki turdan sonra 3 xalla E qrupunda ikinci yerdə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest