Argentina millisinin kapitanı Lionel Messi zədələnib.
 
Matc.az xəbər verir ki, 36 yaşlı hücumçu DÇ-2026-nın seçmə mərhələsində Braziliya ilə səfər oyununda qasıq nahiyəsindən xəsarət alıb. Bunu Messi özü mətbuata açıqlamasında bildirib. Ancaq o, vəziyyətinin ciddi olmadığını deyib: “Mən adduktor əzələsində narahatlıq hiss etdim. Bu, mənim 2023-cü ildə son oyunum idi. Ona görə də sağalmağa vaxtım var”.
 
Qeyd edək ki, Argentina səfərdə Braziliyanı 1:0 hesabı ilə məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest