“Tuttomercatoweb” portalı A Seriyasında çıxış edən ən yüksək maaş alan futbolçuların siyahısını dərc edib.
Matc.az xəbər verir ki, İtaliya çempionatında ən yüksək maaş alan üç futbolçudur. Birinci yeri “Roma”nın hücumçusu Romelu Lukaku , “Yuventus”un hücumçusu Duşan Vlahoviç və Turin klubunun digər futbolçusu, yarımmüdafiəçi Adrien Rabio bölüşürlər. Onlar 7 milyon avro qazanırlar. Sonrakı yerləri Voyçex Şesni (6,5 milyon avro), Hakan Çalxanoğlu , Lautaro Martinez , Markus Thuram (hamısı "İnter") və Aleks Sandro (Yuventus) tutur. Onların illik maaşları 6 milyon qiymətləndirilir. Doqquzuncu yerdə “İnter”in müdafiəçisi Alessandro Bastoni 5,5 milyon qazanır. 5 milyon avro maaşla ilk 10-luğa Nikolo Barella , Benjamin Pavard (hər ikisi "İnter"), Federiko Kyesa , Bremer (hər ikisi "Yuventus") və "Milan"ın hücumçusu Rafael Leau daxildir ki, bu məbləğə bonuslar hesabına nail olunur.