"Cənablar, mənə Taremi üçün 10 milyon, vergi idarəsi üçün də 10 milyon verin, onunla müqaviləni uzadam"

"Porto"nun prezidenti Pinto da Kosta hücumçu Mehdi Tareminin başa çatan müqaviləsindən danışıb.

Matc.az xəbər verir ki, o, "Milan"ın 31 yaşlı forvardı necə almağa çalışmasından danışıb: “Biz realist olmalıyıq. Tareminin hələ qəbul etmədiyi təklifləri var. Cənablar, mənə Taremi üçün 10 milyon, vergi idarəsi üçün də 10 milyon verin, onunla müqaviləni uzadam. Düzdür, “Milan” yayda danışmağa belə dəyməyən gülünc təklifləri ilə onu almağa çalışıb. Onun qiymətinə belə yaxın deyildilər ".

Qeyd edək ki, bu mövsüm Taremi "Porto"nun heyətində bütün turnirlərdə 16 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun "əjdahalar"la müqaviləsi gələn ilin yayında başa çatır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest