23 Noyabr 2023, 00:02
FUTBOL
FİFA Fransanın gənclərdən ibarət yığmasını İndoneziyada keçirilən 17 yaşadək futbolçular arasında dünya çempionatından diskvalifikasiya edə bilər.
Matc.az xəbər verir ki, “Monpelye”nin hücumçusu Yanis İssoufou dünya çempionatının seçimlərində həm Niger millisinin tərkibində, həm də Fransanın heyətində çıxış edib.
FİFA qaydaları bir futbolçunun eyni turnirdə iki komandada oynamasını qadağan edir. Fransa millisi ehtiyat tədbiri olaraq İssufuunu Seneqala qarşı 1/8 final matçı üçün heyətə daxil etməyib.