Portuqaliya millisinin hücumçusu Qonçalo Ramos PSJ ilə müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, Paris klubu 22 yaşlı forvardı "Benfika"dan aldığını açıqlayıb. Portuqaliyalının PSJ ilə müqaviləsi 2028-ci ilə qədərdi.

Qeyd edək ki, bu mövsüm Ramos PSJ-nin heyətində bütün turnirlərdə 15 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest