“Qarabağ”ın Avropa Liqasında “Molde” ilə keçirəcəyi səfər oyununun proqramı bilinib. Matc.az xəbər verir ki, Azərbaycan çempionu Norveçə oyundan bir gün əvvəl, noyabrın 29-da Norveçə gedəcək.
 
Səhər saatlarında Bakıdan ayrılacaq kollektiv həmin gün son məşqinə çıxacaq. Qurban Qurbanovun komandası qarşılaşmadan dərhal sonra isə ölkəyə qayıdacaq.
 
Qeyd edək ki, noyabrın 30-da “Aker” stadionunda keçiriləcək “Molde” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest