23 Noyabr 2023, 11:21
FUTBOL
"Onun “İnter”ə keçə biləcəyini oxuyanda kədərləndim. 10 gün ərzində onun “Milan”a transferini təşkil etməyə çalışdım..."
“Milan”ın keçmiş texniki direktoru Paolo Maldini argentinalı Lionel Messini İtaliya klubuna dəvət etmək istədiyini etiraf edib. Matc.az xəbər verir ki, əfsanəvi müdafiəçi danışıq zamanı bunun qeyri-mümkün olduğunu gördüyünü deyib:
“Messi kimi oyunçunu izləmək hər kəs üçün inanılmaz təcrübədi. Onun “İnter”ə keçə biləcəyini oxuyanda kədərləndim. 10 gün ərzində onun “Milan”a transferini təşkil etməyə çalışdım, lakin sonra başa düşdük ki, bu, sadəcə olaraq, qeyri-mümkündü”.
Qeyd edək ki, Lionel Messi hazırda MLS klubu “İnter Mayami”də çıxış edir.