23 Noyabr 2023, 11:34
FUTBOL
PSJ-nin kapitanı Markinyoş Braziliya millisinin heyətində DÇ-2026-nın seçmə mərhələsində Argentina ilə oyunda (0:1) zədələnib. Matc.az xəbər verir ki, 29 yaşlı müdafiəçi sol omba nahiyəsindən xəsarət alıb.
Tezliklə müayinədən keçəcək Markinyoşun bərpa müddəti ondan sonra müəyyənləşəcək. Onun Fransa çempionatında “Monako” (24 noyabr) və Çempionlar Liqasında “Nyukasl”la (28 noyabr) görüşləri buraxmaq ehtimalı yüksəkdi.
PSJ-nin yarımmüdafiəçisi Uorren Zair-Emeri də millinin toplanışı zamanı zədələnib. 17 yaşlı futbolçu Fransa yığmasında debüt matçında sağ topuq nahiyəsindən zədə alıb. Onun üçün mövsüm başa çatıb.
Qeyd edək ki, Markinyoş bu mövsüm 14 oyunda 1 assist edib.