23 Noyabr 2023, 14:18
FUTBOL
AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun I təsnifat mərhələsindəki neqativ hallara hüquqi qiymət verib. Matc.az xəbər verir ki, 2 qərar xüsusi diqqət çəkib.
“Göygöl” – “Dinamo” oyununda ikincilərin futbolçusu Yusif Cəfərov 84-cü dəqiqədə qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir edib. Buna görə, o, 4 oyunluq cəzalanıb, komandası 300 manat cərimələnib.
“Kür-Araz”la ev matçının 87-ci dəqiqəsində isə “Sheki City”nin baş məşqçisi Firuddin Mövsümov meydançaya daxil olaraq hakimin qərarına etiraz etdi üçün birbaşa qırmızı vərəqə alıb. Bu, mütəxəssisin 2 oyunluq cəzalanmasına, komandasının 150 manat cərimə edilməsinə səbəb olub.
Qeyd edək ki, həm “Dinamo”, həm də “Sheki City” rəqiblərinə 1:2 hesabı ilə uduzaraq, kubokda mübarizəni dayandırıb.