23 Noyabr 2023, 14:33
FUTBOL
“Çelsi”nin sabiq baş məşqçisi Qrem Potterə İsveç millisini çalışdırmaq təklifi gəlib. Matc.az xəbər verir ki, ingiltərəli mütəxəssisin cavabı isə ürəkaçan olmayıb.
Çünki o, yerli federasiyanın təklifini rədd edib. 48 yaşlı məşqçi hələ də klub futbolunda qalmaq şansının olduğunu düşünür. İsveç millisinin baş məşqçi postuna digər namizəd isə “Hekken”in çalışdırıcısı Per-Matias Heqmodu.
Qeyd edək ki, İsveç yığması Azərbaycanın da yer aldığı AVRO-2024-ün seçmə mərhələ qrupunda 10 xalla 3-cü yeri tutub. Bu nəticədən sonra baş məşqçi Yanne Anderssonla yollar ayrılıb.