23 Noyabr 2023, 14:52
FUTBOL
Siyahıya Tyerri Anri başçılıq edir. Fransalı sabiq forvardın 1999-cu ildən “Yuventus”dan alınması klub tarixinin ən uğurlu transferi hesab edilib
“FourFourTwo” nəşri “Arsenal” tarixinin ən yaxşı transferlərinin reytinqini dərc edib. Matc.az xəbər verir ki, siyahıya Tyerri Anri başçılıq edir.
Fransalı sabiq forvardın 1999-cu ildən “Yuventus”dan alınması klub tarixinin ən uğurlu transferi hesab edilib.
“Arsenal” tarixinin ən yaxşı transferləri:
1. Tyerri Anri - 1999-cu ildə “Yuventus”dan
2. Patrik Vieyra - 1996-cı ildə “Milan”dan
3. Yan Rayt - 1991-ci ildə “Kristal Palas”dan
4. Dennis Berqkamp - 1995-ci ildə “İnter”dən
5. Devid Simen - 1990-cı ildə “Kuinz Park Reyncers”dən
6. Kliff Bastin - 1929-cu ildə “Ekseter Siti”dən
7. Rober Pires - 2000-ci ildə “Marsel”dən
8. Sol Kempbell - 2001-ci ildə “Tottenhem”dən
9. Pat Yenninqs - 1977-ci ildə “Tottenhem”dən
10. Fredrik Yunberq - 1998-ci ildə “Halmstad”dan.