Müxtəlif səbəblərdən Donni van de Bek, Viktor Lindelöf, Meyson Qrinvud, Ceydon Sanço, Antoni Marsial, Sofyan Amrabat, Kristian Eriksen və Kasemironun da Premyer Liqa klubunda qalması sual altındadı.

Növbəti iki transfer pəncərəsində “Mançester Yunayted”i 10-dan çox futbolçu tərk edə bilər. Matc.az xəbər verir ki, “qırmızı şeytanlar” heyəti təmizləmək strategiyasını davam etdirmək niyyətindədi.
 
Ötən yay komandanı 12 oyunçu tərk etmişdi. Klub qışda və mövsümün sonunda bu prosesi davam etdirəcək. Qapıçı Tom Hiton və müdafiəçilər Conni Evans, Alvaro Fernandes, Brendon Uilyamsın müqaviləsi mövsümün sonunda başa çatır. “Mankunianlılar” onlarla əməkdaşlığı davam etdirmək istəmir.
 
Müxtəlif səbəblərdən Donni van de Bek, Viktor Lindelöf, Meyson Qrinvud, Ceydon Sanço, Antoni Marsial, Sofyan Amrabat, Kristian Eriksen və Kasemironun da Premyer Liqa klubunda qalması sual altındadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest