23 Noyabr 2023, 16:31
FUTBOL
AVRO-2024-ə vəsiqə uğrunda pley-off mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, püşkatma mərasimində A, B və C Yolunda qarşılaşacaq cütlər müəyyənləşib.
A Yolunda Polşa - Estoniya, Uels - Finlandiya, B yolunda İsrail - İslandiya, Bosniya və Herseqovina - Ukrayna, C Yolunda Gürcüstan - Lüksemburq və Yunanıstan - Qazaxıstan qarşılaşmaları oynanılacaq.
Göstərilən cütlərdə qalib gələcək komanalar finala yüksələcəklər. Sonda isə 3 yığma Almaniyada təşkil olunacaq Avropa çempionatına vəsiqə əldə edəcək.