23 Noyabr 2023, 17:11
FUTBOL
Canni de Byazi ilə yollarını ayıran AFFA Azərbaycan millisinə baş məşqçi axtarışına başlayıb. Matc.az xəbər verir ki, italiyalı mütəxəssislə yanaşı, köməkçiləri də vəzifəsini tərk edib.
Yalnız bir məşqçi istisnadı. Belə ki, de Byazinin azərbaycanlı köməkçisi Arif Əsədov hələ də millinin məşqçisi vəzifəsini davam etdirir. Çünki 53 yaşlı mütəxəssisin AFFA ilə müqavilə müddəti 2024-cü ilin martına qədərdi. Bu da o deməkdi ki, həmin müddətə qədər yeni baş məşqçi təyinatı reallaşmasa və yığma yoxlama görüşü keçirsə, komandanı meydana Əsədov çıxarmalı olacaq.
Qeyd edək ki, Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində topladığı 7 xalla yer aldığı F qrupunda 4-cü yeri tutub. Arif Əsədov isə artıq 4 ildi yığmada fəaliyyət göstərir.