"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq Premyer Liqada Markus Reşford və Rasmus Heilunnun qol quruculuğundan danışıb .

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Heilunn Çempionlar Liqasında 4 matçda 5 qol vursa da, hələ də daxili liqada qol vura bilməyib. Reşford Premyer Liqada 11 oyunda 1 qol və 1 məhsuldar ötürmə edib. Çalışdırıcı açıqlamasında deyib: “Çempionlar Liqasında beş dəfə qol vurursansa, Premyer Liqada qol vurmalısan. Bu, sadəcə bir zaman məsələsidir. Nə qədər ki, komanda şans yaradacaq və özünə arxayın olacaq, onun qol vurmağa başlayacağına inanıram. Markusa gəlincə, o, bütün karyerası boyunca bacarıqlarını sübut edib. Onun Premyer Liqada artıq 100-dən çox qolu var. Keçən mövsüm o, 30 qol vurub. Ona görə də bu mövsüm hər şeyin yaxşı olacağı vaxt gələcək”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest