23 Noyabr 2023, 19:55
FUTBOL
Barselona prokurorluğu cinsi təcavüzdə ittiham olunan "Barselona"nın və Braziliya millisinin sabiq müdafiəçisi Dani Alveşə 9 il həbs cəzası istəyib.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. 40 yaşlı futbolçu qıza təcavüz etməkdə ittiham olunub. Alves yanvar ayında Çempionlar Liqasının üçqat qalibi 2022-ci ildə dekabrın sonunda Barselona gecə klubunda gənc qadına təcavüz etməkdə şübhəli bilinərək həbs edilib. Prokurorluq həmçinin zərərçəkənə 150 min avro məbləğində təzminat ödəməli olduğunu bildirib.