Yazda AVRO-2024-ün son iştirakçıları müəyyənləşəcək.
 
Matc.az xəbər verir ki, Gürcüstan millisi Avropa çempionatına vəsiqə qazana bilər. Pley-off mərhələsinin ilk mərhələsində Lüksemburqla, ikinci mərhələyə adlayacağı təqdirdə isə Qazaxıstan - Yunanıstan matçının qalibi ilə mübarizə aparacaq. Bu barədə "Slovan"ın baş məşqçisi Vladimir Vays danışıb: "Əminəm ki, Gürcüstan Millətlər Liqası vasitəsilə Avropa çempionatına vəsiqə qazanacaq. Komanda yaxşı oynayır. İlk oyun evdə olacaq. Düşünürəm ki, ikinci dəfə uğurlu olacaq. Mən məşqçi olanda finala yüksəldik, lakin Şimali Makedoniyaya uduzduq. İndi futbolçular daha təcrübəlidir. Komandada keyfiyyət var. Əminəm ki, Gürcüstan şanslarından istifadə edib Avropa çempionatına vəsiqə qazanacaq. Bütün gürcülər xoşbəxt olacaqlar”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest