"Bayer"in baş məşqçisi Xabi Alonso gələn il "Bavariya"ya rəhbərlik edə bilər.
 
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. İspan mütəxəssis ötən ilin oktyabrından “Bayer”də çalışır. 11 turdan sonra komanda 31 xalla Bundesliqaya başçılıq edir. Münhen təmsilçisi çalışdırıcı ilə danışıqlara başlamaq istəyir. Yaxın zamanlarda baş məşqçiyə təklif göndəriləcəyi deyilir.
 
Xatırladaq ki, “Bavariya”ya mart ayından Tomas Tuxel rəhbərlik edir. Mütəxəssisin müqaviləsi 2025-ci ilə qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest