23 Noyabr 2023, 20:59
FUTBOL
“Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen La Liqanın 14-cü turunda "Rayo Valyekano" ilə dueldə komandasına kömək etməyəcək.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. 31 yaşlı qapıçı cümə axşamı klubun adi məşqini buraxmaq məcburiyyətində qalıb. Bundan əvvəl qolkiper belindəki ağrılara görə Almaniya millisindən də ayrılmışdı. "Rayo Valyekano" - "Barselona" matçı noyabrın 25-də Madriddə keçiriləcək və saat 16:00-da başlayacaq.