Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov AVRO-2024-ün pley-off mərhələsinin püşkatma mərasiminin nəticələrini şərh edib.
 
Matc.az xəbər verir ki, Ukrayna yarımfinalda Bosniya və Herseqovina millisi ilə səfərdə oynayacaq. Qarşılaşmanın qalibi Avropa çempionatına vəsiqə uğrunda İsrail-İslandiya cütünün ən güclüləri ilə doğma meydanda oynayacaq. Çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: "Mən artıq dedim ki, bizim rəqibin kim olmasının fərqi yoxdur. Bosniya və Herseqovina yığması oldu. Bu rəqibə hazırlaşacağıq. Hələ bir şey haqqında danışmaq tezdir. Çünki qarşıda hələ üç-dörd aylıq hazırlıq var. Bütün futbolçularımızın pley-off matçlarına hansı vəziyyətdə gələcəyi çox vacibdir. Kimlərlə oynayacağımız haqda məlumat var və əminəm ki, mart görüşlərinə hazır olacağıq. Bu komandalardan hansının pley-off finalında oynaması ilə bağlı heç bir fikir yoxdur. Önəmli olan odur ki, Bosniya və Herseqovina millisinə qalib gəlsək, o zaman ikinci oyunu öz meydanımızda keçirəcəyik. Azarkeşlərimizin dəstəyi çox önəmlidir. Amma bosniyalılarla görüşə yaxşı hazırlaşmalıyıq. Futbolçuların ilk və növbəti oyun haqqında düşünməsi çox vacibdir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest