Liqa 1-də "Lion"la matçdan əvvəl rəqibin baş məşqçisi Fabio Qrossonun üzündən ciddi xəsarət alan insidentdən sonra "Marsel" azarkeşi 4 ay həbs cəzasına məhkum edilib.
 
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Oktyabrın 29-da "Lion"un avtobusu Marsel azarkeşləri tərəfindən hücuma məruz qalıb və qonaq komanda "Stade Vélodrom"a tərəf gedən zaman maşına daş və digər əşyalar atıb. Avtobusun şüşələri sındırılıb və Qrosso şüşə qırıqlarından xəsarət alıb. Məşqçiyə bir neçə tikiş vurulub və çapıq qalıb.
 
Qeyd edək ki, "Marsel" - "Lion" matçı keçirilmədi. Oyun dekabrın 6-a təxirə salınıb. “Marsel”in 9 azarkeşi həbs edilib. Noyabrın 23-də onlardan biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, "Lion" avtobusuna daş atan zaman müşahidə kamerası vasitəsilə müəyyən edilib. Məhkəmə onun atdığı daşların pəncərələrin qırılmasına səbəb olub-olmadığını müəyyən edə bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest