Argentina millisinin yarımmüdafiəçisi Anxel Di Maria Amerika Kubokunun onun millinin tərkibində son turniri olacağını açıqlayıb.
 
Matc.az xəbər verir ki, futbolçu bu barədə yerli mətbuata açıqlama verib: "Amerika Kubokunda son dəfə milli komandanın formasını geyinəcəm. Ruhumda ağrı və boğazımda bir parça ilə karyeramda baş verən ən gözəl hadisə ilə vidalaşıram. Azarkeşlərə, ailəmə təşəkkür edirəm. Dostlar və komanda yoldaşları, biz tarix yazmağa davam edirik”.
 
Qeyd edək ki, Amerika Kuboku 2024-cü il iyunun 20-dən iyulun 14-dək ABŞ-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest