“Mançester Siti”nin hücumçusu Erlinq Haland İngiltərə Premyer Liqasının XIII turunda “Liverpul”la oyunda iştirak edə biləcək. Matc.az xəbər verir ki, 23 yaşlı forvard kollektivlə məşqlərə başlayıb.
 
Norveç millisinin üzvü şiddətli ağrılar səbəbindən AVRO-2024-ün seçmə mərhələsində Şotlandiya ilə görüşü buraxmışdı. “Mançester Siti” – “Liverpul” matçı isə sabah baş tutacaq.
 
Qeyd edək ki, Erlinq Haland 2023-24 mövsümündə bütün turnirlərdə 18 oyun keçirib, 17 qol vurub, 4 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest