Araşdırma komandaların heyətlərindəki futbolçuların ümumi transfer qiymətinə görə aparılıb. Siyahıya Erlinq Haland kimi oyunçuya malik Norveç başçılıq edir. Azərbaycan yığmasının yer aldığı qrupda 3-cü yeri tuta İsveç bu baxımdan ikincidi.

AVRO-2024-ü buraxacaq ən dəyərli yığmalar açıqlanıb. Matc.az “Transfermarkt” portalına istinadən xəbər verir ki, qitə birinciliyində iştirak edə bilməyəcək ən güclü komandalar müəyyənləşib.
 
Araşdırma komandaların heyətlərindəki futbolçuların ümumi transfer qiymətinə görə aparılıb. Siyahıya Erlinq Haland kimi oyunçuya malik Norveç başçılıq edir. Azərbaycan yığmasının yer aldığı qrupda 3-cü yeri tuta İsveç bu baxımdan ikincidi.
 
Millimiz isə ilk “onluq”dan kənarda qalıb.
 
1. Norveç – 335,4 milyon avro
2. İsveç – 206,9 milyon 
3. İrlandiya – 161,6 milyon 
4. Rusiya – 157,3 milyon 
5. Şimali Makedoniya – 54,4 milyon 
6. Kosovo – 51,1 milyon 
7. Monteneqro – 46,8 milyon 
8. Bolqarıstan – 36,4 milyon 
9. Ermənistan – 34,6 milyon 
10. Şimali İrlandiya – 32,2 milyon 
Qeyd edək ki, AVRO-2024-ün iştirakçılarının tam tərkibi hələ müəyyənləşməyib. Martda keçiriləcək pley-off oyunlarından sonra daha 3 komanda turnirə vəsiqə qazanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest