"Son iki oyunda əsas tapşırığı yerinə yetirdik, 6 xal topladıq. Lakin Azərbaycanı məğlub etmək üçün daha çox əziyyət çəkməli olduq"

Ukraynanın gənclərdən ibarət millisinin futbolçusu İlya Kvasnitsa komandasının son oyunlardakı çıxışını dəyərləndirib. Matc.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi Avropa çempionatının seçmə mərhələsində Lüksemburq və Azərbaycanla keçirilən qarşılaşmalara münasibət bildirib.
 
Komandanın lideri millimizlə qarşılaşmada çətinliklə üzləşdiklərini etiraf edib: “Son iki oyunda əsas tapşırığı yerinə yetirdik, 6 xal topladıq. Lakin Azərbaycanı məğlub etmək üçün daha çox əziyyət çəkməli olduq. Çətin anlarda irəliləyiş əldə edir, vəziyyəti xeyrimizə dəyişirik”.
 
Qeyd edək ki, Ukrayna yığması Lüksemburqu 4:0, Azərbaycanı isə 1:0 hesabı ilə məğlub edib. Keçirdiyi 5 oyunda 15 xal toplayan ukraynalılar F qrupuna liderlik edirlər. Yığmamız isə 3 xalla dördüncü pillədədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest