Qadın futbolçulardan ibarət Azərbaycan millisi Millətlər Liqası çərçivəsində Kipr və Farer adaları ilə qarşılaşacaq. Matc.az xəbər verir ki, oyunları idarə edəcək hakimlər açıqlanıb.
 
Dekabrın 1-də “Limassol” stadionda keçiriləcək Kipr – Azərbaycan görüşünü Belçikadan olan briqada idarə edəcək. Baş hakim Karoline Lanssens, köməkçiləri İrmqard van Meirvenne, Marqot Yakobs olacaq. Yana Van Laere isə ehtiyat referi kimi fəaliyyət göstərəcək.
 
Dekabrın 5-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Farer adaları qarşılaşmasında isə isveçli Lovisa Yohansson ədaləti qoruyacaq. Ona Kamilla Stendal və Jilan Taher kömək edəcəklər. Dördüncü hakim funksiyasını Maral Mirzai Beni yerinə yetirəcək.
 
Qeyd edək ki, Kipr – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00, Azərbaycan – Farer adaları görüşü isə 19:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest