“Bavariya” hücumçusu Tomas Müllerlə danışıqları davam etdirir. Matc.az xəbər verir ki, hər iki tərəf müqavilənin yenilənməsinin tərəfdarıdı.
 
Lakin 34 yaşlı futbolçunun bunun üçün şərti var. O, maaşının eyni səviyyədə qalacağı təqdirdə, buna razılıq verəcəyini bildirib. O, məvacibinin azaldılması ilə qəti şəkildə razılaşmır.
 
Qeyd edək ki, karyerası boyu yalnız “Bavariya”da çıxış edən Tomas Müllerin hazırkı müqaviləsi mövsümün sonuna qədərdi. O, bu mövsüm Bundesliqada keçirdiyi 10 oyunda 1 qol vurub, 4 assist edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest