24 Noyabr 2023, 12:02
FUTBOL
“Mançester Siti” və “Liverpul” rəhbərliyi azarkeşləri üçün nəzərdə tutulan məktublar yazıb. Matc.az xəbər verir ki, məktublarda klublar Premyer Liqa çərçivəsində bu komandalar arasında keçiriləcək oyun zamanı nalayiq davranışlara yol verməmələri üçün azarkeşlərə xahiş ediblər.
“Liverpul” azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməməsini istəyib. “Mançester Siti” isə azarkeşlərdən nalayiq şüarlar səsləndirməkdən çəkinməyi xahiş edib.
Qeyd edək ki, “Mançester Siti” - “Liverpul” oyunu sabah keçiriləcək.