24 Noyabr 2023, 19:00
FUTBOL
I Liqanın son turunda “Karvan”a məğlub olan Şamaxı təmsilçisinin baş məşqçisi Vüqar Əsgərli klub rəhbərliyi ilə görüşüb. Çalışdırıcı ilk dövrədən sonra qazanılan nəticəni qənaətbəxş saymadığına görə komandadan ayrılmaq istədiyini bildirib.
“Şamaxı” baş məşqçi ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. I Liqanın son turunda “Karvan”a məğlub olan Şamaxı təmsilçisinin baş məşqçisi Vüqar Əsgərli klub rəhbərliyi ilə görüşüb. Çalışdırıcı ilk dövrədən sonra qazanılan nəticəni qənaətbəxş saymadığına görə komandadan ayrılmaq istədiyini bildirib. Müzakirədən sonra klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib.