“Borussiya” həmişə ciddi rəqib olub. Hər iki komanda üçün yaxşı oyunlar olub. O, oyunlara müsbət yanaşır və düşünürəm ki, onlar həmişə cəlbedici olublar. Bunun səbəbkarı Kloppdur
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın 13-cü turunun "Liverpul"la oyunu ərəfəsində" Yurgen Klopp haqda danışıb.
Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: “Yurgen Klopp mənə çox şeyi başa düşməyə kömək edib. Bu illər ərzində onunla və komandaları ilə dəfələrlə qarşılaşmışam. “Borussiya” həmişə ciddi rəqib olub. Hər iki komanda üçün yaxşı oyunlar olub. O, oyunlara müsbət yanaşır və düşünürəm ki, onlar həmişə cəlbedici olublar. Bunun səbəbkarı Kloppdur”.
Qeyd edək ki, "Mançester Siti" - "Liverpul" matçı noyabrın 25-də keçiriləcək. Görüş saat 16:30-da başlayacaq.