24 Noyabr 2023, 20:50
FUTBOL
"Lex"in və Polşa millisinin müdafiəçisi Bartoş Salamon dopinq qəbul etdiyinə görə UEFA tərəfindən 8 aylıq diskvalifikasiya edilib.
Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Salamonun mart ayı testləri zamanı qadağan olunmuş xlortalidon maddəsi aşkar edilib. “Lex” futbolçunun cəzalı olması ilə bağlı bildirişi aprelin 13-də alıb. Bu isə o deməkdir ki, Bartoş Salamon dekabrın 13-də meydana qayıda bilər.
Qeyd edək ki, Bartoş Salamon Polşa millisində 11 oyun keçirib.