24 Noyabr 2023, 21:53
FUTBOL
“Mançester Yunayted"in hücumçusu Markus Raşford Çempionlar Liqasında uzunmüddətli qadağadan xilas olub və yalnız bir oyunu buraxacaq.
Matc.az xəbər verir ki, İngiltərə millisinin futbolçusu Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Kopenhagen”lə oyunda qırmızı vərəqə alaraq meydandan qovulub. “Mançester Yunayted” 2:0 hesabı ilə öndə olub və oyuna nəzarət edib. Lakin meydandan qovulma hər şeyi dəyişib. “Qırmızı şeytanlar” 3:4 hesabı ilə uduzaraq qrupda sonuncu pilləyə düşüb. Reşford 5-ci turda "Qalatasaray"la matçı buraxsa da, "Bavariya" ilə 6-cı və son tur oyununda komandasına kömək edə biləcək.