25 Noyabr 2023, 12:17
FUTBOL
Portuqaliyalı sözügedən qarşılaşmada 2 qol vurub və dubla imza atıb. Bununla da o, futbol tarixində əsas liqalarda bütün zamanların ən çox qol vuran oyunçusu adına yiyələnib (517 qol).
"Əl-Nəsr" Səudiyyə Ərəbistanı Pro Liqasının XIV turunda "Əl-Axdud"la qarşılaşıb (3:0). Matc.az xəbər verir ki, qarşılaşma birincilərin forvardı Kriştiano Ronaldo üçün əlamətdar olub.
Portuqaliyalı sözügedən qarşılaşmada 2 qol vurub və dubla imza atıb. Bununla da o, futbol tarixində əsas liqalarda bütün zamanların ən çox qol vuran oyunçusu adına yiyələnib (517 qol). Ronaldo bu göstəricidə Jozef Bekn və Ferents Puşkaşı geridə qoyub (515 qol).
Xatırladaq ki, "Əl-Nəsr" hazırda ölkə çempionatının turnir cədvəlində 34 xalla ikincidir.