PSJ-nin baş məşqçisi Luis Enrike Fransa çempionatının XIII turunun "Monako" ilə oyunundan sonra (5:2) açıqlama verib. Matc.az xəbər verir ki, o, milli komandaların oyunları ilə bağlı yaranan fasilədən söz açıb:
 
"Əla qələbə qazandıq. Milli komandaların oyunları ilə bağlı yaranan fasilədən sonra oynamaq həmişə çətin olur. Bütün futbolçularla birgə cəmi 1 məşq edə bildik. Futbolçularımın çoxu yığmaların oyunları ilə əlaqədar bizimlə deyildilər. Bu qələbə komanda oyunu ilə bağlı ideya və düşüncələrimizi gücləndirəcək".
 
PSJ hazırda Liqa 1-in turnir cədvəlində 30 xalla 1-ci, "Monako" isə 24 xalla 3-cü sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest