25 Noyabr 2023, 14:28
FUTBOL
"Çoxlu çətin oyunlar keçirmişik. Yaxşı dinamika nümayiş etdiririk. Bütün hücumçularımız qol hesabını açıb. Buna görə xoşbəxtdirlər".
PSJ-nin yarımmüdafiəçisi Vitinya Fransa çempionatının XIII turunun "Monako" ilə qarşılaşması (5:2) haqda danışıb. Matc.az xəbər verir ki, o, komandanın hücumçularından söz açıb:
"Çoxlu çətin oyunlar keçirmişik. Yaxşı dinamika nümayiş etdiririk. Bütün hücumçularımız qol hesabını açıb. Buna görə xoşbəxtdirlər. Ən çox da Osman Dembele qol vurmağı xoşlayır. Bunun davamlı olacağına ümid edirəm. Fransa çempionluq yarışının "öldüyünü" demək hələ tezdir.
Çərşənbə axşamı Çempionlar Liqasında keçirəcəyimiz oyuna bənzər matçdan əvvəl qələbə qazanmaq vacib idi. Oyuna yaxşı hazırlaşmışdıq. Həll etməli olduğumuz məsələlər var. "Monako" ilə matçın mövsümün ən gərgin oyunu olub-olmadığını və ya Çempionlar Liqası səviyyəsində matç olduğunu söyləmək çətindir".
PSJ hazırda Liqa 1-in turnir cədvəlində 30 xalla 1-ci, "Monako" isə 24 xalla 3-cü sırada qərarlaşıb.