"Real"ın sabiq yarımmüdafiəçisi Rafael van der Vart keçmiş komanda yoldaşı Royston Drente haqda fikir bildirib. Matc.az xəbər verir ki, o, 36 yaşlı keçmiş futbolçunu sürətli, çevik və texnikalı hesab edir:
 
"Məncə, Royston Niderlandın indiyə qədər sahib olduğu ən yaxşı sol cinah müdafiəçisidir. Eqosunu, küçə futboluna olan sevgisini kənara qoysaydı, milli komandada daha çox oynaya bilərdi".
 
Drente noyabrın 17-də peşəkar futbolçu karyerasını bitirdiyini elan etmişdi. O, 2007-2012-ci illərdə "kral klubu"nda çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest