"Mançester Siti"nin hücumçusu Erlinq Halandın agenti Rafael Pimenta oyunçunun iş yerini dəyişəcəyi ilə bağlı yayılan sualı cavablandırıb. Matc.az xəbər verir ki, o, "qızıl top" mükafatından da söz açıb:
 
"Halandın adının "Real"la hallanması ilə bağlı transfer xəbərini məndən yox, ispanlardan soruşmalısınız. Erlinq bu mövsüm "qızıl top"u qazanmağa layiq idi. İnanıram ki, bir gün bunu bacaracaq".
 
Xatırladaq ki, "qızıl top" mükafatının sonuncu qalibi "İnter Mayami"nin forvardı Lionel Messi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest