25 Noyabr 2023, 16:21
FUTBOL
"Bavariya"nın hücumçusu Harri Keyn Almaniya Bundesliqasının XII turunun "Köln"lə oyunundan sonra (1:0) danışıb. Matc.az xəbər verir ki, komandasının qələbə qolunu vuran futbolçu
"Oyun yaxşı keçdi. İlk hissədə daha çox qol vurmalıydıq. Fasilədən sonra oyun bizim nəzarətimizdə keçdi. Milli komandaların oyunları ilə bağlı yaranan fasilədən sonra keçirdiyimiz ilk qarşılaşmada mühüm qələbə qazandıq. Bəlkə də, azarkeşlər bizdən fərqli nəticə gözləyirdilər. "Köln" yaxşı müdafiə olunurdu".
Keyn Almaniya çempionatının ilk 12 oyununda 18 qol vurub. Bununla da o, Bundesliqanın tarixinə düşüb. İngiltərəli forvardın komandası yarışın turnir cədvəlində 32 xalla liderdir.