"Atletiko"nun hücumçusu Antuan Qrizmann gələcək karyerası barədə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, fransalı
 
"Atletiko"nun əfsanəsi olmaq istəyirəm. Bu mövsüm üçün çoxlu hədəflərim var. La Liqada çempion olmaq istəyirəm. Bunu heç vaxt yaşamamışam. Reallaşsa, gözəl olar. Çoxlu çalışmalı və qazanmaq üçün bəxtimizin gətirib-gətirməyəcəyini görməliyik".
 
32 yaşlı forvard 2014-2019-cu illərdə də paytaxt klubunda çıxış edib. Daha sonra bir müddət "Barselona" forması geyinib,amma 2021-ci ildən yenidən "hindular"a qoşulub.
 
Antuan cari mövsüm Madrid təmsilçisinin heyətində 16 oyuna çıxıb, 12 qol vurub və 1 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest