AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb. Matc.az xəbər verir ki, o, qadın futbolçulardan ibarət İsveçrə və İsveç yığmalarının Millətlər Liqasındakı oyununda UEFA nümayəndəsi olacaq.
 
Qarşılaşma dekabrın 1-də Lütsern şəhərində baş tutacaq.
 
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva isə bu turnirdəki Serbiya – Ukrayna görüşündə eyni vəzifəni icra edəcək. Bu matç dekabrın 5-də Stara-Pazova şəhərində gerçəkləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest