Məğlubiyyətdən dərs çıxarmalıyıq. Futbolçulara da dedim ki, bu cür məğlubiyyətdən sonra ruhdan düşmək yox, toparlanmaq vacibdir. Çünki sabah özümüzü çətin duruma sala bilərik.

“Yaxşı futbolçularım var, amma olur ki, bəzən istədiyimiz oyunu qura bilmirik”.

Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında “Qəbələ”yə 4:0 hesabı ilə məğlub olan “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib. Çalışdırıcı oyundan sonra mətbuat konfransında iştirak edib: “Belə oyundan sonra danışmaq çətindir. Acı məğlubiyyət aldıq. Birinci qola qədər bərabər oyun getdi. Qol sanki pis təsir etdi. İkinci hissədə dəyişiklik etdik. Bilirdik ki, rəqib əks-hücumlarda yaxşıdır. Hesab 3:0 olandan sonra sistemi dəyişdim. Dəyişiklik etdim ki, bəlkə bir qol bizi həvəsləndirər, amma olmadı. Məğlubiyyətdən dərs çıxarmalıyıq. Futbolçulara da dedim ki, bu cür məğlubiyyətdən sonra ruhdan düşmək yox, toparlanmaq vacibdir. Çünki sabah özümüzü çətin duruma sala bilərik. Mövsüm uzundu, futbolçularıma inanıram. Bu durumdan çıxmağa çalışacağıq. Əlbəttə istəyirik ki, yeni futbolçularımız olsun. Amma qarşıdakı oyunlar o qədər vacibdir ki, hələ transfer etmək barədə düşünmürük. Bəzi zədəli futbolçular var. Bu gün dəyişiklik etdik, amma bəzən dəyişikliklər fayda vermir. Bəzi mövqelər var ki, axsayırıq. Birinci qolda bir anlıq futbolçunu diqqətdən buraxdılar. Digər qollar əks-hücumdan oldu. Biz hücuma keçirdik, topu itirəndən sonra rəqib qolları vururdu. Komanda məğlub olubsa, hər kəs günahkardır. Gərginlik ilk turdan olur. Bəzi reallıqlar var, bundan qaçmırıq. Sadəcə, əsas odur ki, asan təslim olmayaq. "Qəbələ" ilə matçın ikinci yarısı bəlkə də, mövsüm ərzində ən zəif oyunumuz idi. Qola qədər epizodlarımız var idi. Amma buraxılan qoldan sonra narahatlıq yaşandı. Biz də rəqibə 4:0 qalib gəlmişik. Futbolda belə hadisələr baş verir. Fasilədə vaxt olacaq. Qışı gözləyə bilmərik. Xal və xallar qazanmalıyıq. Yaxşı futbolçularım var, amma olur ki, bəzən istədiyimiz oyunu qura bilmirik. İnanıram ki, qələbələr olacaq”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest