25 Noyabr 2023, 20:39
FUTBOL
İtaliya millisinin sabiq hücumçusu Mario Balotelli iştirakı ilə baş verən qəzaya münasibət bildirib.
Matc.az xəbər verir ki, 33 yaşlı futbolçu qara rəngli “Audi” markalı avtomobilini qəzaya uğradıb və ona tibbi yardım göstərilib. Lakin o, alkoqol testindən keçməkdən imtina edib. Oyunçu açıqlamasında deyib: “Maşınımla qəza etdim. Sonra başqa maşınla evə getdim. Düşünürəm ki, belə bir şey haqqında böyük hay-küy salmaq dəbdən çıxıb. Amma mən sadəcə maşını vurub evə sürdüm.Bir milyard problem var və qəzetlərdə gördüyüm yeganə şey mənim qəzamdır. Kompleks sığortam olmasaydı, problem olardı. Amma xoşbəxtlikdən sığortam var. Vacib məsələlərdən danışmaq əvəzinə, ondan danışırlar. İnanılmazdır".