Riqobert Sonq Kamerun millisinin baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb.
 
Matc.az xəbər verir ki, bu barədə Kamerun Futbol Federasiyasının rəhbəri Samuel Eto mütəxəssisin işdən çıxarıldığını açıqlayıb:
 
"O, bu komandaya çox şey gətirdi, amma futbolun qanunları belədir... Məqsədlərimizə çatmamışıq, icraiyyə komitəmiz və mən onunla müqaviləni yeniləmək imkanını görmürük.
 
Baş məşqçi ilə vəziyyəti müzakirə etdim. Mən öz mövqelərimizi bildirdim və indi biz gələcək haqqında düşünməliyik. Ona gələcək karyerasında uğurlar arzulayırıq".
 
Xatırladaq ki, Sonqun rəhbərlik etdiyi Kamerun millisi bu yaxınlarda keçirilən Afrika Millətlər Kubokunda 1/8 finala yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest